A

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov və fakültənin tələbələri Vətən müharibəsində qəhrəmancasına şəhid olan fakültənin şəhid məzunuları İsax Verdiyevin və Naib Namətovun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələri ilə söhbətlər aparılıb, onların qəhrəman övladlarının keçdiyi döyüş yolundan, vətənə olan sədaqətindən danışıblar. UNEC nümayəndələri bildiriblər ki, şəhidlərin əziz xatirəsi universitet kollektivinin yaddaşında daim yaşayacaq və onların göstərdiyi qəhrəmanlıq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.

Görüş zamanı UNEC kollektivi şəhid ailələrinə universitet rəhbərliyinin dərin hörmət və ehtiramını çatdırıb, onların hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduqlarını vurğulayıb.

TOP XƏBƏRLƏR