A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində gənclərin sağlam həyat tərzinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verib. O, dövlət siyasətinin strateji istiqamətlərindən biri olan əhali sağlamlığının qorunmasının hər bir insanın fiziki və ruhi sağlamlığının təmin edilməsinə, uzunömürlülüyün artırılmasına və keyfiyyətli tibbi yardımla təminata yönəldiyini vurğulayıb. Həmçinin bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən səhiyyə müəssisələrinin istifadəyə verilməsi, maarifləndirmə işinin genişləndirilməsi və sağlam həyat tərzinin təbliğinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR