A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Humanitar fənlərin tədrisində süni intellektdən istifadə” mövzusunda elmi seminar keçirilib.

Seminarda kafedranın professoru Zakir Məmmədəliyev elmi məruzə ilə çıxış edib. O, süni intellektə müxtəlif yanaşmalar və onun tətbiq imkanları barədə ətraflı məlumat verib.

Eyni zamanda tədris prosesində rəqəmsallaşma, süni intellektdən istifadə, xüsusilə “Fəlsəfə” fənninin tədrisində süni intellektin tətbiqi imkanları barədə fikirlərini iştirakçılarla bölüşüb.

Qeyd edib ki, süni zəka insanın yaradıcı təfəkkürünü tam əvəz edə bilməz, lakin onun bütün sahələrdə, o cümlədən təhsil prosesində istifadəsi qaçılmazdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR