×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

I UNEC Science Slam müsabiqəsinə start verilib. Elmi fəaliyyətin populyarlaşdırılmasına yönələn beynəlxalq Science Slam müsabiqəsinə qeydiyyat başlayıb.Müsabiqədə öz elmi tədqiqatınızı və ya hansısa alimin elmi araşdırmasını hər kəsin anlayacağı tərzdə auditoriyaya çatdırmaqla, qalib ola bilərsiniz.Müsabiqə öncə fakültələrdə təşkil ediləcək. Sonra isə fakültə qalibləri mayın 5-də keçiriləcək final mərhələsinə qatılacaqlar. Çıxışını ən kreativ, özünəməxsus və aydın izah edən natiqlərə dinləyicilər öz alqışları ilə qiymət verəcəkdir. Alqışların səs diapazonu xüsusi avadanlıq vasitəsilə ölçüləcək.

UNEC-də təhsil dörd dildə həyata keçirildiyini nəzərə alaraq, müsabiqədə də Azərbaycan, türk, ingilis və rus dillərində çıxış edə bilərsiniz. Bu, həm də UNEC-in əcnəbi tələbələrinə Science Slam müsabiqəsinə qatılmaq imkanı yaradır.UNEC Science Slam müsabiqəsi barədə ətraflı məlumatı fakültələrdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətlərindən (TEC) ala bilərsiniz. Yaxud TEC-in Elmi rəhbəri Emin Qəribliyə müraciət edə bilərsiniz: 055 211 42 57, 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay