A

UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər davam edir.

Beynəlxalq münasibətlər ” kafedrasında keçirilən tələbə elmi konfransında kafedra müdiri, dosent Ramin Qurbanov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, islam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar həmin ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirib.“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov  IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmlənməsində növbəti əməli addımlardan biri olduğunu bildirib.“Beynəlxalq münasibətlər” kafedrasının dosentləri Zəfər BayramovSolmaz Gözəlova, baş müəllim Təranə Şirvanova və “Humanitar fənlər” kafedrasının dosenti Afaq Məmmədova “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “Azərbaycan və İslam: İslamda tolerantlıq”, “İslam mədəniyyəti və Avropa”, “İslam mədəniyyətində həmrəylik” mövzuları ilə çıxış ediblər.Konfransda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “Yeni dünya çağırışları: Avropa və İslam”, “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”, “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “İslam mədəniyyətində həmrəylik”, “İslam və demokratiya: tarix və müasirlik” mövzularında çıxış ediblər.

UNEC-in Maliyyə və mühasibat fakültəsində “İslam Həmrəyliyi İli”nə həsr edilən seminar keçirilib.“Beynəlxalq münasibətlər” kafedrasının dosenti Anar Eyyubov  tələbələrə “Pakistan-Azərbaycan əlaqələri İslam həmrəyliyinin nümunəsi kimi” mövzusunda çıxış edib. A.Eyyubov hər iki ölkə arasında qarşılıqlı dostluq və mədəni əlaqələrin olduğunu vurğulayıb. Pakistanın Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini və ölkəmizlə hərbi strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.“İslam Həmrəyliyi İli” çərçivəsində Texnologiya və dizayn fakültəsində təşkil edilən mühazirədə “Humanitar fənlər” kafedrasının dosenti Lətafət Hümmətova çıxış edib. “İslam və iqtisadi inkişaf” mövzusuna həsr olunan mühazirədə islam mədəniyyəti və dini sosial inkişaf dinamikasına təsir edən amil kimi nəzərdən keçirilib. İslam dininin iqtisadi aspektlərlə bağlı əsas prinsipləri açıqlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay