Fevralın 9-da UNEC-də “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən konfransda AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə, Hesablama Palatasının auditoru Mehriban Əlişanova, UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini, “Ziyalı Qadınlar Klubu”nun sədri Xalidə Bayramova çıxış edəcəklər.
Konfransda iştirak etmək istəyənlər UNEC-in Elm şöbəsinə (İstiqlaliyyət küçəsi 6, otaq 128, tel.: 492-72-98) müraciət edə bilərlər.