A

UNEC-in “Maliyyə va maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov Belarus Respublikasının Polotsk Dövlət Universitetinin təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.

Polotsk Dövlət Universitetinin Maliyyə-İqtisad fakültəsinin dəstəyi ilə keçirilən beynəlxalq konfrans “Устойчивое развитие экономики  международные и национальные аспекты” mövzusunda olub. UNEC-in professorunun “Azərbaycanın bank sisteminin inkişaf istiqamətləri” mövzusundakı məruzəsi iştirakçıların xüsusi marağına səbəb olub. Azərbaycanla yanaşı, Rusiya, Çin Xalq Respublikası, Latviya, Litva, Estoniya, Ukrayna və Polşanın iqtisadyönümlü universitetlərinin alimlərinin qatıldığı beynəlxalq konfransın “İqtisadi inkişafın dünya təcrübəsi” bölməsinə E.Sadıqov moderatorluq edib.

Konfransın sonunda UNEC-in professoruna sertifikat təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay