A

UNEC-də “Elmi-tədqiqat ili” çərçivəsində “Kiçik və orta sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolu” mövzusunda seminar keçirilib.

Seminarda UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Fərhad Mikayılov kiçik və orta sahibkarlığın inkişaf mərhələləri, onun iqtisadi inkişafa verdiyi töhfələrdən bəhs edib. İnkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin ÜDM-yə, məşğuluğa etdiyi təsirlərdən söz açan məruzəçi, Azərbaycanda KOS-ların inkişafının analitik təhlilini verərək, oxşar ölkələrin təcrübələri ilə müqayisələr aparıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay