A

UNEC-in Texnologiya və dizayn fakültəsində “Humanitar elmlərin fəlsəfi problemləri” mövzusunda Elmi- metodiki seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə fakültənin dekanı professor Vəkil Hüseynov açaraq, qeyd etmişdir ki, UNEC rektorunun 2018–ci ili “Elmi tədqiqat ili” elan etməsi ilə əlaqədar universitetdə tədbirlər planı hazırlanmışdır.

“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov seminarın elmi fəaliyyətin daha da aktivləşdirilməsində, həmçinin humanitar fənlərin tələbələrimizdə elmi dünyagörüşlərin formalaşması və vətənpərvərlik hissinin yüksəldilməsində əhəmiyyətini qeyd etmişdir.

Elmi-metodiki seminarda “Humanitar fənlər” kafedrasının professoru, f.e.d. Zakir Məmmədəliyev “Humanitar elmlərin fəlsəfi problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə humanitar və sosial-siyasi elmlərin fəlsəfi-metodoloji əsaslarının təşəkkül tapmasının əsas mərhələləri təhlil olunmuşdur. İnsan və cəmiyyət haqqında təsəvvürlərin elmi zəmin üzərinə köçürülməsi tarix  fəlsəfəsinin formalaşması sayəsində mümkün oldu. Buna görə də məruzədə mövzu tarix fəlsəfəsinin təkamülü konteksində nəzərdən keçirilmişdir. Humanitar elmlərin fəlsəfi-metodoloji prinsiplərinin inkişafında naturalist paradiqma və onun “həyat” fəlsəfəsi və neokantçılar tərəfindən tənqidinin əhəmiyyəti təhlil edilmişdir. Məruzəçi hermenektik və strukturalist paradiqmanın müasir dövrdə humanitar elmlər üçün rolunu qeyd etmişdir.

 Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay