A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər ücün Milli fəaliyyət planı”nın icrası ilə baglı UNEC-in 2018-ci il üzrə iş planına uygun olaraq növbəti dəyirmi masa keçirilib.

Maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə fakültənin dekan müavini Anar Hüseynov ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan mühüm işlərdən danışıb. O, korrupsiyaya qarşı mübarizənin demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu qeyd edib.

UNEC-in hüquqşünası Mayis Sadıqov isə son illər Azərbaycanda antikorrupsiya siyasətinin tərkib hissəsi kimi bir sıra qanun və proqramların qəbul edildiyini diqqətə çatdırıb. Hüquqşünas cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinin korrupsiya hallarının qarşısının alınması baxımdan vacib amil olduğunu vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay