A

UNEC-də rəqəmsal ödənişlər üzrə maarifləndirici seminar keçirilib.

Maliyyə və mühasibat fakültəsi ilə “Maliyyə və maliyyə institutları” kafedrasının birgə təşkil etdiyi seminar “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə təşkil olunub.

Seminarda fakültə və kafedranın əməkdaşları ilə yanaşı, doktorant və magistrlər də iştirak edib.

Kafedranın müdiri, professor Əvəz Ələkbərov mövzunun aktuallığından söz açaraq, bildirib ki, rəqəmsal ödənişlərin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, o cümlədən bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxara bilər. Bu da öz növbəsində, iqtisadi artıma təkan verəcək.

Kafedranın dosenti Zöhrab İbrahimov isə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi ilə bağlı çıxış edib. Nağdsız ödənişlərin genişləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Z.İbrahimov “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıqlar verildiyinə diqqətə çatdırıb.

Fakültə dekanı, dosent Gəray Musayev rəqəmsal xidmətlərin üstünlüklərindən söz açaraq, bu istiqamətdə həyata keçirilən yenilikləri iştirakçılarla bölüşüb.

Seminarda professor Mübariz Bağırov nağdsız hesablaşmalarda, dosent Leyla Mehdiyeva vergi sahəsində, Şəhla Əlicanova isə sahibkarlıq subyektlərinin fəaliyyətində rəqəmsal ödənişlərin mühüm rolundan bəhs ediblər.

Seminar müzakirələrlə davam edib, sonda suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay