UNEC-in Zaqatala filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər adlı günəş sönməz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zaqatala filialının direktoru, professor Orucəli Rzayev ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Dahi şəxsiyyətin elm, təhsil, sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan söz açan O.Rzayev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra “Ümumi fənlər” kafedrasının müdiri, dosent Səfər Razıyev, kafedranın müəllimləri Camal Arıxov və Albina Həşimova ulu öndərin dahi keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıblar. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib. Tələbələr ulu öndərə həsr olunan kompozisiyalar səsləndirib. Sonda ümummilli lider haqqında videoçarx nümayiş olunub.