A

UNEC-in Texnologiya və Dizayn fakültəsinin Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müəllimləri  Ülviyyə Rzayeva və Rəna Hüseynovanın  təşkilatçılığı ilə I və II kurs tələbələri arasında “Əmək bazarı – IT şirkətləri – ali təhsil müəssisələri triadası” mövzusunda dəyirmi masa keçirilmişdir. 

Dəyirmi masada “İnformasiya texnologiyaları” və “Sistem mühəndisliyi” ixtisasları üzrə təhsil alan 563-cü və 586-cı qrup tələbələrindən bir qrupu fəal iştirak etmiş və müasir dövrdə Azərbaycanda IT sənayesi sahəsində mövcud problemlər, o cümlədən, kadr qıtlığı, onunsəbəbləri və mümkün çıxış yolları haqqında müzakirələr aparmışlar. 

Tələbələr tərəfindən Azərbaycanın əmək bazarındakı ümumi vəziyyət nəzərdən keçirilmiş, ölkədə fəaliyyət göstərən IT şirkətləri haqqında məlumat verilmiş, təhsili başa çatdırdıqdan sonra əmək bazarında zəif rəqabət üstünlüklərinə malik olma səbəbləri açıqlanmış və iqtisadiyyatının inkişafında IT sənayesinin yeri və rolu haqqında proqnozlar səsləndirilmişdir.

Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosentləri  Təranə Əliyeva, Musa Musayev, Zöhrə Həsənova, baş müəllim Reyhan Əzizova və fakültədə təhsil alan yuxarı kurs tələbələri də  mövzu ətrafında müzakirələrə  qatılmışlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay