A

UNEC-də Elm aylığı çərçivəsində “Elmi fəaliyyətin maliyyələşmə sistemi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə Maliyyə və mühasibat fakültəsi və Beynəlxalq İqtisadiyyat Məktəbinin professor-müəllim heyəti iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru prof. Sakit Yaqubov açmışdır. Prof. S.Yaqubov çıxışında UNEC-in “Tədqiqat univeristeti”nə çevrilmək hədəfi və bu istiqamətdə görülən işlərlə bağlı iştirakçılara məlumat vermişdir.

Maliyyə və mühasibat fakültəsinin dekanı dos. Gəray Musayev öz çıxışında dünyada və ölkəmizdə elmi tədqiqatlara ayrılan xərclərlə bağlı statistik göstəricələrə müraciət etmiş, iş dünyasının elmi tədqiqatları daim diqqət mərkəzində saxlamasının və müvafiq dəstəyi göstərməsinin əhəmiyyətini  vurğulamışdır.  

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri prof. Əvəz Ələkbərov Almaniya və İsrail kimi inkişaf etmiş ölkələrin təcrübələrində təsərrüfat üsulu ilə, özəl sektorun sifarişi ilə yerinə yetirilən  tədqiqat layihələrinin universitet üçün əhəmiyyətini vurğulamışdır.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri prof. Ümidvar Əliyev öz çıxışında  elmi tədqiqatların dəstəklənməsi və əldə edilən nəticələrin iqtisadiyyata tətbiqinin əhəmiyyətini vurğulamışdır.

Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov elmi fəaliyyətin maliyyələşdirilməsində müxtəlif mərkəzlərin dəstəyinin əhəmiyyətli olduğunu vurğulamışdır.

“Mühasibat uçotu və audit” kafedrasının müdiri prof. Sifariz Səbzəliyev universtetlərin  tədqiqat işlərinin daha da effektiv təşkili üçün bir sıra təkliflər verdi.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti dosent Telman Babayev, “Mühasibat uçotu və audit” kafedrasının dosenti Hənifə Cəfərli, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini dos. İnara Rzayeva və digər müəllimlər müzakirə və diskussiyalarda aktiv iştirak etmişlər.

Tədbirin  yekun çıxışında prof. S.Yaqubov bu istiqamətdə müvafiq dövlət qurumlarının dəstəyinin də həlledici olduğunu bildrmiş, xüsusilə İqtisadiyyat Nazirliyi və Sahibkarlar konfedarasiyasının birlikdə bu istiqamətdə özəl sektor tərəfindən elmi fəaliyyətin maliyyələşdirilməsinin təşviq edilməsi mexanizminin hazırlanmasının məqsədə müvafiq olacağını qeyd etmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay