A

UNEC-in Zaqatala filialında tədris prosesinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması, sosial innovasiyaların və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar 2019-2020-ci ilin tədbirlər planına əsasən 9 fənn üzrə olimpiada keçirilmişdir. Olimpiadanın keçirilməsinin məqsədi şagirdlərdə sağlam rəqabət  mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Olimpiada öncəsi filialın direktoru professor Orucəli Rzayev qonaqları və şagirdləri salamlayaraq onlara və rayon rəhbərliyinə, rayon təhsil şöbəsinə təşəkkürünü bildirdi və yarışma iştirakçılarına uğurlar arzuladı. Direktor vurğuladı ki, olimpiadada Şimal-qərb bölgələrindən Zaqatala, Balakən və Qax rayonlarındandan ümumilikdə 200-ə yaxın şagird iştirak edir.

Maraqlı mübarizə şəraitində keçirilmiş fənn olimpiadasında XI sinif şagirdləri Azərbaycan dili, informatika, riyaziyyat, fizika, tarix, kimya, coğrafiya, xarici dil, rus dili fənlərindən verilmiş sualları 1 saat ərzində cavablandırmışlar.

Olimpiada yekunlaşdıqdan sonra şagirdlər filialın tədris korpusunda dərs otaqlarında və sturuktur rəhbərlərinin otaqlarında olmuşlar. Şagirdlərə filialın tanıtım bukletləri təqdim edilmişdir. Olimpiada iştirakçılarının yekun nəticəsi aprel ayının 16-da elan ediləcək və qaliblər hədiyyələr və fəxri fərmanla təltif ediləcəklər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay