A

Aprel ayının 17-də UNEC-in Zaqatala filialında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Nəsimi yaradıcılığı”da hurufizmə həsr olunmuş dəyirmi masa keçirimişdir.

Dəyirmi masanı giriş sözü ilə Zaqatala filialının direktoru professor Orucəli Rzayev açaraq professor-müəllim heyətini, qonaqları və tələbə heyətini salamlayaraq dəyirmi masanı açıq elan etmişdir. 

Direktor vurğulamışdır ki, böyük Azərbaycann şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən respublikanın bütün regionlarında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir. Zaqatala filialında da bu münasibətlə silsilə tədbirlər davam edir.

Filial direktoru qeyd etdi ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini insan məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümumilli lider Heydər Əliyevin adı ilə biləvasitə bağlıdır. 

Tədbirdə Zaqatala rayon mərkəzi kitabxananın direktoru Gülniyar Məmmədova “Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır” mövzusunda ətraflı məlumat verdi. O vurğuladı ki, Azərbaycan poeziyasının görkəmli yaradıcıları olan sənətkarlardan hər biri ədəbiyyatda tarixi mərhələyə imza atmış istiqamətlərin ən görkəmli simalarına çevrilmişlər. Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi belə  qüdrətli sənətkarların sırasında Nəsimi görkəmli yer tutur. 

Ümumi fənlər kafedrasının baş müəllimi Qüdrət Qırtımov “Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın tərkib hissəsidir” mövzusunda, mərkəzi kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova “Cahana sığmayan şairin məzarı” mövzusunda çıxış etmiş və tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Dəyirmi masada İmadəddin Nəsiminin qəzəlləri səsləndirilmiş, tələbələrin hazırladığı videoçarx nümayiş etdirilmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay