A

30 apreldə UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova və “EBSCO”nun Azərbaycan üzrə koordinatoru Mehmet Can Soyulmazın təqdimatında UNEC Elektron İdarəetmə Mərkəzinin dəstəyi ilə “UNEC kitabxanasındakı elektron resurslardan effektiv istifadə” mövzusunda online-təlim keçirilib.

UNEC-in professor-müəllim heyəti universitetin əsas tədris binası və digər binalarındakı təyin edilmiş otaqlardan, eləcə də  universitet daxilindəki şəxsi kompüterlərdən təlimə qatılıblar.  

Online-təlimi giriş-tanıtım nitqi ilə Arzu Məmmədova açaraq, kitabxanada istifadəçilər üçün yaradılan şəraitdən, kitabxananın elektron kataloqu, yerli və abunə olunmuş elektron bazalardan, həmçinin UNEC-in “EBSCO” şirkəti ilə davamlı əməkdaşlığından danışıb. Daha sonra Mehmet Can Soyulmaz Ankaradan təlimə qatılaraq, vebinara davam edib. O, “EBSCO” məlumat bazasının elektron resurslarından istifadə qaydalarından, axtarış sisteminin iş prinsiplərindən bəhz edib, təlim iştirakçılarına bazadaxili əməliyyatları online nümayiş etdirib. Mehmet Can Soyulmaz “EBSCO”-nun öz abunəçilərinın təkliflərini hər zaman dinləməsi, onlara elmi fəaliyyətlərində dəstək olmasını bir daha vurğulayıb.

Təlimdə iştirakçıların sualları cavablandırılıb, təklif və arzuları dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay