A

UNEC-in professor-müəllim heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələri müzakirə edib.

UNEC-in aparıcı tədqiqatçılarının iştirak etdiyi tədbirdə, İqtisadi Araşdırmalar Elmi-Tədbiqat İnstitutunun (İAETİ) direktoru, professor Yadulla Həsənli ilk 3 ay ərzində ölkənin sosial-iqtisadi inkişafında baş verən mühüm yeniliklər barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-də 3.0 faiz, sənayenin qeyri-neft sektorunda istehsal 15.6  faiz artım müşahidə olunduğunu bildirən Y.Həsənli birinci rüb ərzində ixrac məhsulllarının idxalı üstələdiyini və beləliklə, xarici ticarət də 1.4 milyard dollara bərabər müsbət saldo yarandığını diqqətə çatdırıb.

Daha sonra İAETİ-nin böyük elmi işçisi Fərhad Mikayılov ölkənin sosial-iqtisadi inkişafının müxtəlif istiqamətləri üzrə məruzə ilə çıxış etdi. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən iqtisadçı alim, bir sıra dövlət əhəmiyyətli iqtisadi tədbirlərin həyata keçirildiyini, aparılan iqtisadi islahatların mühüm töhfələr verdiyini vurğulayıb. O, həmçinin milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji Yol Xəritələri ilə bağlı görülmüş işlərin icra vəziyyəti təhlil edilib. F.Mikayılov iqtisadiyyatın şaxələndirilməsinin milli iqtisadiyyatın sahə, ərazi-istehsal hissələri arasında nisbət əlaqələrini özündə ehtiva edən proporsional keyfiyyət dəyişikliklərindən asılı olacağını bildirib. Sonda  məruzəçi əsas nəticələrlə yanaşı, təklif və tövsiyələrini seminar iştirakçılarının müzakirəsinə təqdim  etdi.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov, UNEC-in kafedra müdirləri, professor Sifariz Səbzəliyev, İrşad Kərimli, İAETİ-nin direktor müavini Rövşən Quliyev, professor Mübariz Bağırov mövzu ətrafında fikir mübadiləsi apardılar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay