A

UNEC-də Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində növbəti  təlimlər keçirilib.

Təlimlərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının əməkdaşları, gənc sahibkarlar və tələbələr iştirak ediblər.

UNEC DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev universitetdə müəssisələrin maliyyə vəziyyətinin əsas göstəriciləri, KOS subyektləri üçün mühasibat uçotu, kiçik orta sahibkarlıq subyektləri üçün vergi hesablamaları, sahibkarlıq subyektlərinə marketinq dəstəyi və digər mövzularında təlimlərin keçirildiyini bildirib. O, sahibkarlıq subyektlərinin maraqlarını əhatə edən daha 5 təlimin keçiriləcəyini iştirakçıların diqqətinə çatdıraraq, təqdim ediləcək mövzunun müasir dövrdə müəssisələrin idarəedilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekan müavini Abdulkərim Sadıqov müəssisələrdə daxili audit tapşırılarının əhəmiyyəti və onların tətbiqi məsələləri ilə bağlı təqdimatla çıxış edib. Təlimdə resurslardan səmərəli istifadənin auditi və maliyyə auditinin həyata keçirilməsi zamanı müəssisələrdə qarşıya çıxan praktiki problemlər müzakirə edilib, təkliflər səsləndirilib.

“Kiçik və orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi” mövzusunda təşkil olunan təlimdə isə İqtisadi Araşdırmalar və Təlim Mərkəzinin rəhbəri Radil Fətullayev  ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər barədə geniş məlumat verərib. KOS subyektləri tərəfindən maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatların hazırlanması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi istiqamətində təlim iştirakçıları qarşısında çox maraq doğuran təqdimat edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay