A

UNEC-in gənc tədqiqatçılarının həmmüəllifi olduqları elmi məqalə Thomson Reuters (Clarivate Analytics) elmi məlumat bazasının bir hissəsi olan Journal PONTE (Florensiya, İtaliya) beynəlxalq elmi nəşrində dərc olunub.

"Maliyyə və maliyyə institutları" kafedrasının doktorantı, iqtisad üzrə fəlsəfə doktoru  Fəxri Mürşüdlünün və "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasının dissertantı Erkin Dilbazinin həmmüəllifi olduqları məqalə “"Qlobal böhran kontekstində keçid iqtisadiyyatlarında xarici banklar: mövcud tendensiyalar, risk profilləri və sistemik sabitlik üzrə təsirin spesifikasiyası" (“Foreign Banks in Transition Economies in the Context of the Global Crisis: Current Trends, Risk Profiles and Impact Specificity on Systemic Stability”) adlanır. Məqalədə empirik məlumatlar əsasında, qlobal böhran şəraitində xarici bankların tranzitiv ölkələrin maliyyə sabitliyinə təsiri öyrənilib. Müəlliflər tərəfindən dünya banklarının kapitalının bu ölkələrə daxil olması, həmcinin sistemli davamlılıq baxımından xarici və yerli bank qruplarının müqayisəli təhlili ilə bağlı hərtərəfli retrospektiv tədqiqat aparılıb. Tədqiqatda keçid iqtisadiyyatlı ölkələr timsalında iqtisadi sarsımalar dövründə xarici bankların yerli özəl banklarla müqayisədə daha çox ödəmə qabiliyyəti göstərilir, onların arasında defolt və böhran səviyyəsində olan fərqlər müəyyən edilir. Əldə edilən nəticələr Mərkəzi və Şərqi Avropa və postsovet məkanı dövlətlərinin bank sektorunda əvvəlki canlanma və böhranlar zamanı sistemli riskin formalaşmasına əmlakın təsirinin daha dərin anlaşılmasına imkan yaradır. Aparılmış təhlil əsasında, transsərhəd maliyyələşdimənin və sistemli risk kanallarının mühüm qanunauyğunluqları aşkar edilmişdir, bu da bank biznesinin tənzimlənməsi və idarə edilməsi məqsədi üçün keçid iqtisadiyyatlı ölkələrdəki xarici bankların mövcudluğunun gələcək faydalarını və risklərini düzgün proqnozlaşdırmağa imkan verir.

TOP XƏBƏRLƏR