A

Almaniyanın Ruhr Universitetinin aparıcı tədqiqatçısı, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin (AİM) direktoru Dr. Elxan Richard Sadik-Zada UNEC-in İqtisadi  Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun doktorantları, əməkdaşları, həmçinin UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinə üzvlüyə namizədlərlə görüşüb.

Görüşdə birgə qrant layihələri və tədqiqatların perspektivləri müzakirə edilib. Bununla bağlı elmi məqalələrin xarici jurnallarda dərcolunma qaydaları, qrant layihələrə çıxış və bu istiqamətdə digər məlumatlar iştirakçılara çatdırılıb.

Görüşdə müasir Avropada və Azərbaycanda aktual tədqiqat mövzuları müzakirə olunub, Azərbaycanın kənd təsərrüfatı sahəsində kooperasiya problemlərinə diqqət yetirilib. Həmçinin iqtisadi inkişafın ətraf mühitə təsirləri barəsində müzakirələr aparılıb.

UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinə üzvlüyə namizəd olan gənclərlə mərkəzin iş planı müzakirə olunub, müvafiq  tövsiyələr və tapşırıqlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay