A

UNEC-də görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibəti ilə elmi seminar keçirilib.

UNEC-in Texnologiya və dizayn fakültəsi ilə “Humanitar fənlər” kafedrasının birgə təşkil etdiyi tədbir “Əhməd bəy Ağaoğlu-türk dünyasının görkəmli ictimai-siyasi xadimi kimi” mövzusunda olub.

Fakultə dekanı, professor Vəkil Hüseynov tədbirin Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına və UNEC rektorunun müvafiq əmrinə əsasən təşkil olunduğunu bildirib.

“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti barədə məruzə ilə çıxış edib. Məruzədə Əhməd bəy Ağaoğlunun mürəkkəb və çətin keçən həyat yoluna dair, xüsusilə onun XX əsrin əvvəllərində turkcülüyün təbliği, islam tarixi, milli şüurun yüksəlişi sahəsində fəaliyyəti ilə bağlı faktlar səsləndirilib. Əhməd bəyin daim milli mübarizə hərəkatının önündə olduğu, onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məhumlarının xüsusi yer tutduğu bildirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay