A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsi ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsi arasında “Korporasiyanın risklərinin idarə edilməsi” mövzusunda telekörpü təşkil olunub.

Elmi seminarda məruzə ilə çıxış edən Rusiyanın əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aleksandr Petrov strateji proseslərin və korporasiyanın risklərinin idarə edilməsinə, həmçinin korporativ, biznes və layihə səviyyəli risklər məsələlərinə toxunub. UNEC tərəfindən “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov isə Azərbaycanda korporativ idarəetmənin aktual problemlərindən danışıb. O, bu problemlərin possovet məkanında həll edilməsi yollarının birgə axtarılmasını tövsiyə edib. “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev və “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Natiq Qurbanov mövzu ətrafında yaranmış sualları qarşı tərəfə təqdim ediblər. Telekörpü müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay