A

UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı, Türkiyə İştirak Banklar Birliyinin (TKBB),  İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD)  iştirakı ilə "Yüceliş - Yeni dünya mümkündür" mövzusunda seminar keçirilib.

Tədbirdə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) sədri Ruslan Atakişiyev, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndəsi Sait Yınanç, UNEC-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarı giriş sözü ilə açan UNEC Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov müasir dövrdə islam bankçılıq sisteminin ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. Professor Azərbaycanda bu sektorun inkişaf perspektivlərini və bu istiqamətdə görülən işləri kompleks təhlil edərək, islam bankçılığının inkişafı ilə bağlı tədqiqatların aparılmasının vacib olduğunu diqqətə çatdırıb.

Sonra Türkiyə İştirakçı (Katılım) Bankaları Birliyinin (TKBB) Məsləhət Şurasının üzvü Temel Hazıroğlu "Yüceliş - Yeni dünya mümkündür" mövzusunda mühazirə ilə çıxış edərək, ənənəvi bankçılıq sisteminin və İslam bankçılıq sisteminin nəzəri-fəlsəfi əsaslarını açıqlayıb, həmçinin İslam bankçılıq sisteminin inkişafi və müxtəlif ölkələrdə bu sistemin fəaliyyətindən bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay