A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Kollecin direktoru dos. Oruc Məmmədov ulu öndər Heydər Əliyevin XX əsr Azərbaycan dövlətçiliyinin inkişf tarixindəki rolundan, müasir Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğunun təməl prinsiplərinin müəyyən edilməsindəki misilsiz xidmətlərindən, onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin müasir islahatlarından danışıb.

Tədbirdə UNEC-in kollec üzrə məsləhətçisi prof.Nuru Mikayılov, t.f.d. Murad Muradov, Alı Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışıblar. 

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay