A

Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Azərbaycan müasir geosiyasət çağırışları kontekstində” adlı online seminar keçirilib.

Departamentin direktoru, dos.Gülnarə Rzayeva seminarın günümüzün əhəmiyyətli və aktual  mövzusuna həsr olunduğunu bildirib. Qeyd edib ki, müasir beynəlxalq münasibətlərdə geosiyasət mühüm yer tutur. G.Rzayeva beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələrindən və prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.  

Sonra “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının dosenti Zəfər Bayramov öz məruzəsində ölkəmizin müstəqillik illərində keçdiyi yolu sistemli şəkildə təhlil edib və dünyada baş vermiş geosiyasi dəyişikliklər şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülünün və inkişafının əsas meyllərini göstərib.

Tədbirdə çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri, prof. Vəkil Həsənov, “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının müdiri, dos.Ramin Qurbanov və həmin kafedranın baş müəllimi Pərviz Səmədov  mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay