A

UNEC-də Azərbaycanda beynəlxalq ticarətin və logistikanın inkişafı ilə bağlı onlayn təlim keçirilib.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının təşkil etdiyi təlimdə Ticarət və Sənaye Palatası, Beynəlxalq Dəniz Ticarət Limanı QSC, Azsığorta, RAM-X şirkətinin nümayəndələri, “Biznes və menecment” fakültəsinin dekanı, “Ticarət və gömrük işinin təşkili” kafedrasının professor-müəllim heyəti iştirak ediblər. Kafedra müdiri, əməkdar elm xadimi, professor Arif Şəkərəliyev mövzu ilə bağlı ətraflı məlumat verib. Professor ölkəmizin ticarət əlaqələrinin genişləndirilməsi, ixracın həcminin artması, qeyri-neft sektorunun inkişafı, pandemiya şəraitində vergi sisteminin təkmilləşdirilməsi, işğaldan azad olunan ərazilərimizin iqtisadi dövriyyəyə cəlb edilməsi, infrastrukturun inkişafı, logistik mərkəzlərin və anbar şəbəkələrinin genişləndirilməsini geniş təhlil edib, beynəlxalq nəqliyyat əlaqələrindən səmərəli istifadəni və bu sahədə mövcud olan problemləri açıqlayıb.

Təlimdə Ticarət və Sənaye Palatasının sədr müavini Adil Hüseynov ölkə ərazisində və xaricdə ticarət və sənaye sahəsinin inkişaf perspektivlərindən danışıb, fakültə dekanı dosent Mirağa Əhmədov isə bu istiqamətdə mütəxəssis hazırlığı və onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu hərtərəfli təhlil edib.

Tədbirdə logistika və ticarət sahəsində kadr hazırlığı üçün lazımi ədəbiyyatların hazırlanması və tədris laboratoriyalarının yaradılmasının, eləcə də dəniz ticarət əlaqələrinin genişləndirilməsinin, yükdaşımaların təşkilinin əhəmiyyəti vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay