A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Gələcəyə baxış” adlı seminar keçirilib.

Beynəlxalq iqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayevanın təşşəbüsü və fakültənin Tələbə-Mentor qrupun dəstəyi ilə İSE-nin birinci kurs tələbələri üçün təşkil olunan seminarda fakültənin xaricdə magistr təhsili alan və uğurla fəaliyyət göstərən məzunları da iştirak ediblər.

Türkiyənin ODTU, Fransanın İCD Biznes Məktəbi, Almaniyanın Hamburq Universiteti, Macarıstanın Szeged Universitetində magistr təhsili alan məzunlardan Müzəffər Abbasov, Faiq Xasayev, Nurlan Cahangirli, Emil Alıyev tələbələrə UNEC-də təhsil almağın üstünlüklərindən danışıblar. Həmçinin xaricdə təhsil və uğurlu karyera qurmağın yolları barədə təcrübələrini paylaşıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay