A

UNEC-də Elm aylığı çərçivəsində “Azərbaycanda tekstil dizaynının elmi tədqiqatlarının əsası” mövzusunda elmi seminar keçirilib.

Magistratura Mərkəzi və UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı, Gilan Tekstil Parkın əməkdaşları Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Tədbirdə Magistratura Mərkəzinin direktoru professor Qabil Manafov, Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru Məzahir Fərzəliyev, Gilan Tekstil Parkın əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Sonra UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova tekstil dizaynında yeni texnologiyaların və qrafik dizayn proqram təminatının  tətbiqindən, Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova isə tekstil sənayesinin inkişafi və onun iqtisadiyyatda rolundan danışıblar.

Tədbirin sonunda suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay