×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-4c182d8f5889209eb37dd371a909af2d.php silmək alınmadı


A

UNEC-in İqtisadiyyat fakültəsində “UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə” təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təlim keçirilb.

Təlimdə fakültə dekanı, dosent Asiman Quliyev universitetlərin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəldilməsinin əhəmiyyətindən danışıb. Bu istiqamətdə akademik heyətin beynəlxalq platformalarda elmi məqalələrinin dərc olunmasının vacibliyini vurğulayıb.

Sonra “Riyaziyyat və statistika” kafedrasının dosenti Pərvanə Axundovanın akademik heyətə SCOPUS indeksli jurnallarda elmi məqalələrin çap edilməsi qaydaları barədə ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR