A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində videokonfrans formatında 28 may Respublika gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kollecin direktoru h.f.d.,dos.Oruc Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq siyasi-hüquqi fəaliyyətindən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılmasındakı və ərazi bütövlüyümüzün bərpasındakı misilsiz xidmətlərindən danışıb.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi prof.Nuru Mikayılov Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq işlərindən və Bakı Dövlət Universitetinin yaradılmasından, yarımçıq qalmış ideyalar barədə məlumat verib.

Kollecin tərbiyə işləri üzrə direktor müavini t.f.d. Murad Muradov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman şərqində və türk dünyasında ilk demokratik parlamentli respublika olmasından söz açdı.

Sonra kollecin tarix müəllimi Bayram Bilalov “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan” mövzusunda geniş məruzə ilə çıxış etdi.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay