A

İqtisadiyyat və İdarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq Elmi Konfransı öz işini bölmə iclasları və workshoplarla davam etdirir.

Konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444 və 16 “Workshop”da 65 məruzələri dinlənilir. Konfransın məruzələrində mövzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağın bərpası ilə bağlı verdiyi tövsiyyələr, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” kimi yeni inkişaf modelləri nəzərə alınıb. Seminarlar “Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda Postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və s. kimi mövzuların müzakirəsinə həsr edilir.

“Workshop”ların proqramı

TOP XƏBƏRLƏR