A

Britaniya Şurası tərəfindən maliyyələşdirilən Creative Spark layihəsi çərçivəsində UNEC müəllimləri tərəfindən regionda yaşayan gənclər və tələbələr üçün “Sahibkarlıq və biznes ideyalarının gerçəkləşməsi” mövzusunda 3 günlük intensiv onlayn təlimlər keçirilib.

Tələbələr üçün onlayn formatda “Biznes fürsətlərinin təyin olunması”, “Bazar iqtisadiyyatında boşluqların tapılması”, “Effektiv Biznes modelinin qurulması” və “Biznes planın tərtib olunması” mövzularında təlimlər keçilib.

Təlim zamanı tələbələrə ideyalarını formalaşdırmağa dəstək üçün mentorluq təcrübəli UNEC müəllimləri tərəfindən aparılıb. Təlim iştirakçıları sənayenin fərqli sahələrindən olan mentor qrupu tərəfindən məsləhətlər alıblar. Həmçinin mentor qrupu tərəfindən iştirakçılara ideyalarını gerçəkləşdirməyə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat verilibdir. İştirakçılar tərəfindən təlim böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay