A

UNEC-də “Post-pandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər" mövzusunda seminar keçirilib.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.  

Seminarın moderatoru, UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbiri açaraq seminarın aktuallığından, post-pandemiya dövründə əmək bazarının problemlərindən danışıb.

Seminarın əsas məruzəçisi Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent İsmayıl İsmayılov "Post-pandemiya dövrü üçün milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər" mövzusunda məruzə ilə çıxış edərək, qeyd edib ki, koronavirus pandemiyasının yaratdığı qlobal problemlərdən biri də işsizliyin artması, əmək bazarında gərginliyin yaranmasıdır. Məruzəçi Azərbaycan hökumətinin həyata keçirdiyi çevik və təsirli tədbirlər nəticəsində pandemiyanın əhalinin həyat səviyyəsinə və məğulluğa təsirinin maksimum azaldığını vurğulayıb və bildirib ki, bu tədbirlər zamanı əsas həflərdən biri də iş yerlərinin bağlanmasının, sahibkarların müflis olmasının qarşısını almaq olub.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sədri Elşən Əsədov seminarda Observatoriyanın fəaliyyəti barədə qısa məlumat verərək, əhali, əmək bazarı və əhalinin sosial müdafiəsi ilə bağlı tədqiqatlar, monitorinq və təhlillər həyata keçirdiklərini vurğulayıb.

Seminarda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “Əmək bazarının Təhlili və Monitorinqi” şöbəsinin müdiri, Əmək Bazarının Monitorinqi UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı Mətləb Mahmudov “Əməkqabiliyyətli qeyri-fəal əhalinin statistikasının təhlili və onların əmək bazarına cəlb olunması ilə bağlı təkliflərin hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.

Sonra “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov,  “Menecment” kafedrasının professoru Şəfa Quliyeva, Rus İqtisad Məktənbinin  “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentləri Sevinc Bayramova və Natiq Qurbanov, Turizm Universitetinin müəllimi Fuad Cabbarlı və digərləri çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

TƏDBİRİ İZLƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay