A

“Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda magistr və doktorantların 3-cü beynəlxalq elmi konfransının məruzələri Türkiyənin Beynəlxalq İndeksli TURAN-SAM elmi jurnalında nəşr olunub.

Konfransa təqdim olunan məruzələrin bir qismi isə jurnalın xüsusi buraxılışında yer alıb. Jurnalda nəşr olunan məqalələr dünyanın qabaqcıl akademik platformaları olan Pro-Quest (ABD), Ulrich’s WEB(ABD), Google-Scholar(ABD), ICI-Index Copernicus International(Polonya/AVRUPA BİRLİĞİ), DAIJ, OAJI, Global Impact Factor, ResearchBib, SIndex, CiteFactor, JournalInformatics, BASE, PubGet, Index Scholar, Region-Hovedstaden, SOBIAD, AsosIndex, AcarIndex, Araştırmax, TopluKatalog, AkademikDİzin, Türk Eğitim Endeksi, CEEOL, JournalIndex, DRJI, OpenAıre, WorldCat kimi platformalarda yerləşdirilir.

Konfransın tam mətn məruzələr kitabı isə beynəlxalq ISBN nömrəsi ilə yaxın günlərdə elektron formada nəşr olunacaq və dünyanın qabaqcıl akademik platformalarında indekslənməklə yanaşı, dünyanın müxtəlif universitetlərinin elektron kataloqlarına yerləşdiriləcək.

Xatırladaq ki, konfransa dünyanın 35 ölkəsindən 444 məruzə təqdim olunmuşdu.

JURNALIN XÜSUSİ BURAXILŞI

TOP XƏBƏRLƏR