A

UNEC-in Rus İqtisad Məktəbinin "İqtisadiyyat" (rus dilində) kafedrasında “Azərbaycanın dövlət müstəqilliyi illərində iqtisadi inkişafının prioritetləri” mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı təsdiqlənən UNEC-in tədbirlər planı çərçivəsində İqtisadiyyat kafedrası (rus dilində) və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

"İqtisadiyyat" (rus dilində) kafedrasının müdiri dosent Sevinc Abbasova, Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov, "İqtisadiyyat" (rus dilində) kafedrasının dosenti Elmira Qocayeva, dos. Emin Qəribli, Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru professor İranə Əliyeva, eləcə də ARTİFEX Universitetinin professoru Qenadi Çobanu (Ruminiya), B.Xmelnitski adına  Milli Universitetinin İdarəetmə və iqtisadi təhlükəsizlik kafedrasının müdiri, professor Nataliya Zaçosova (Ukrayna)  və İqtisadi tədqiqatlar Milli İnstitutunun professoru Anatoliy Rojko və dosenti Tatyana Qutyum (Moldova) seminarda iştirak ediblər.

Xarici universitetlərindən dəvət olunan professor–müəllim heyəti Azərbaycanın müstəqilik illərində baş vermiş sosial-iqtisadi inkişafına böyük maraq göstərərək, öz məruzələri ilə beynəlxalq seminarda çıxış ediblər. 30 il müddətində Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndiyini, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramlarının da mühüm rol oynadığını vurğulayıblar.

Fikir mübadiləsi şəraitində davam edən canlı bağlantı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay