A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində: subbakalavr hazırlığı” mövzusunda konfrans keçirilib.

Konfrans UNEC rektoru tərəfindən təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində təşkil olunub. Tələbələrin konfransda iştirakını təmin etmək məqsədilə mövcud texniki imkanlardan istifadə edilməklə konfransın plenar iclası auditoriyalarda birbaşa yayımlanıb.

Konfransda əbədiyaşar şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib və dövlət himni səsləndirilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsinin Zəfər töhvəsini xüsusi vurğulamış, müzəffər Ali Baş Komandanımıza, müzəffər ordumuza, qardaş Türkiyə dövlətinə təşəkkür hissləri ifadə etmişlər.

Öz işini 6 bölmədə davam etdirən konfransın plenar iclasında subbakalavr hazırlığına dair məruzələr dinlənilib və müzakirə edilib.

Plenar iclasda kollecin direktoru dosent Oruc Məmmədov “Orta ixtisas təhsili: müasir çağırışlar və öhdəliklər”, UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, fəxri professor Nuru Mikayılov “Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi”, direktor müavini Murad Muradov – “Dövlət müstəqilliyi: sosial-siyasi və tarixi baxış”, mühasibat uçotu ixtisası üzrə III kurs tələbəsi Səba Bayramova “Müstəqillik illərində Azərbaycanda gənclər siyasəti” adlı mövzularla məruzə ilə çıxış ediblər.

Konfransın yekun iclasında bölmə rəhbərləri hesabatları təqdim ediblər.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay