A

UNEC-in "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasının təşkilatçılığı ilə Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ilə bağlı onlayn seminar keçirilib.

“Müstəqillik dövründə Azərbaycanın sosial inkişaf istiqamətləri: nailiyyətlər və perspektivlər” adlı seminarda çıxış edən kafedra müdiri, professor Əli Əlirzayev Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan danışıb. Həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafının yüksəldilməsi istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi islahatların təhlilini aparıb.

Sonra kafedranın professoru Natiq Qasımov Azərbaycanın dövlətçilik və müstəqilliyin bərpası uğrunda apardığı mübarizədən bəhs edib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay