A

UNEC-in Azərbaycan dili kafedrası ilə Umumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

Seminarda kafedra müdiri professor Tofiq Əbdülhəsənli Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına diqqət çəkərək UNEC-də bu istiqamətdə Tədbirlər Planının təsdiqləndiyini bildirib. Universitetdə dahi mütəfəkkirə həsr olunan silsilə tədbirlərin keçirildiyini, rəsm sərgilərinin təşkil olunduğunu qeyd edib.

Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva öz çıxışında Nizami Gəncəvinin irsi barəsində məlumat verib. Bildirib ki, Nizami sənətinin ölməzliyi özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını  göstərməsindədir.

Sonra dosent Aybəniz Hüseynova “Nizami Gəncəvi əsərlərində türk naxışı”, dosent Aynur Qədiməlıyeva “Azərbaycan şairi Nizami haqqında qeydlər”, dosent Çinarə Qəhrəmanova “Nizami yaradıcılığının qaynaqları - folklor”, baş müəllim Nailə Yusifova "Nizami Gəncəvinin “İskəndərnamə” poemasında həyat fəlsəfəsi” mövzularında çıxışlar ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay