A

22 oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında "UNEC Könüllüləri" Təşkilatının və 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə "Kitabxanada bir gün" adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Respublika kitabxanası və onun fəaliyyəti haqqında könüllülərə məlumat verib, daha sonra kitabxananın yenilənmiş saytı, saytdakı yeniliklər və saytın istifadəsi ilə bağlı könüllüləri məlumatlandırıb.

Tədbirdə könüllülər kitabxanın fəaliyyəti ilə daha yaxından tanış olublar və gün ərzində kitabxanada könüllü fəaliyyət göstəriblər. Fəaliyyət könüllülər və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay