A

UNEC-in Azərbaycan dili kafedrasında “Zəfər tariximizi yazanlar” mövzusunda onlayn seminar keçirilib.

Kafedranın müdiri professor Tofiq Əbdülhəsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib. Ordumuzun rəşadəti və dövlətimizin başçısının polad iradəsi, qətiyyəti sayəsində əldə edilən qələbənin heç vaxt unudulmayacağını, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin göstərdikləri igidlik və şücaət nümunələrinin heç zaman unudulmayacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən dosentlər Aybəniz Hüseynova, Təranə Xəlilova, Vəfa Allahverdiyeva, Aynur Qədimalıyeva, Çinarə Qəhrəmanova və digərləri xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni  şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay