A

Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin təşkilatçılığı ilə Azərbaycan dili kafedrası tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda çıxış edən ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Aşıq Ələsgərin yaradıcılığından söz açıb. Aşığın yaradıcılığının dini inanclarımıza sayğıdan, vətənə və onun təbiətinə vurğunluqdan, ədalətsizliyə qarşı etiraz, dostluğa, sədaqətə çağırışlardan ibarət olduğunu qeyd edib.

Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənli Aşıq Ələsgər şeirlərinin Azərbaycan ədəbiyyatına qazandırdığı töhfələrdən danışıb, onun şeirlərinin misilsiz xəzinə olduğunu vurğulayıb.

Seminarda kafedranın dosenti Aydın Rzai “Aşıq Ələsgərin şeir yaradıcılığı” mövzusunda çıxış edərək, aşıq poeziyasının folklor, xalq ənənəsi ilə səsləndiyini qeyd edib. Aşıq Ələsgər yaradıcılığını dörd dövrə ayıran məruzəçi hər mərhələni ayrı-ayrılıqda şərh edib.

Sonra kafedranın baş müəllimi Mətanət Əmrahova “Aşıq Ələsgər möcüzəsi”ndən söz. O, aşığın dilinin rəvan, oxunaqlığı ilə seçildiyini diqqətə çatdıraraq, Aşıq Ələsgər sənətində atalar sözləri, zərbi-məsəllərin geniş yer aldığını diqqətə çatdırıb.

Seminar Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə çıxışlarla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay