A

Beynəlxalq nüfuzlu elmi bazalarda elmi nəşrlər tanınma, tələb olunma və istinad göstəricilərinə görə dörd kvartilə bölünür.

Bunlardan ən yüksəyi Q1-Q2 kvartildir. Q1 kvartilli elmi nəşrlər 100%-75%, Q2 isə 75%-50% arasındakı faiz göstəriciləri ilə təyin olunur. Scopus elmi platformasında indekslənən nəşrlərin istinad göstəricilərinə görə qiymətləndiriliməsi isə CiteScore metrik göstəricisinə əsasən aparılır. Bununla yanaşı qeyd etməliyik ki, Scopus bazasındakı verilənlərə əsasən eyni elmi nəşr müxtəlif elmi istiqamətləri üzrə fərqli kvartillərdə ola bilər, məsələn Turizm jurnalı Sosial Elmlər üzrə Q2, Biznes, menecment və mühasibat uçotu elmi istiqaməti üzrə Q3 kvartildir.

Q1-Q2 kvartilli jurnalların siyahısı aşağıdakılardır:

Sosial Elmlər-1173 jurnal

Mədəniyyət və Humanitar, Sosial Elmlər-1911 jurnal

Texniki Elmlər-2327 jurnal

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay