A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Elm festivalı çərçivəsində “Elektron kitabxana: UNEC təcrübəsində” adlı tədbir keçirilib.

Tədbirdə KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva məruzə ilə çıxış edib. Çıxışda UNEC KİM-in elektron kitabxanası haqqında məlumat verilib və library.unec.edu.az veb səhifəsi vasitəsilə elektron kitabxananın strukturu, resursları, onlayn xidmətlər, layihələr əyani şəkildə təqdim edilib. Elektron kitabxana ilə yanaşı, mərkəzin abunə olduğu beynəlxalq resurslar, onların məzmunu, iş prinsipi və kitabxananın təqdim etdiyi elektron sənəd mübadiləsi xidmətləri də diqqətə çatdırılıb. Abunəsi planlaşdırılan 3 beynəlxalq baza -“IPR Smart”, “EBSCO”, “Emerald” haqqında da ətraflı məlumat verilib. Tədbir iştirakçılarına kitabxananın elektron kataloqu və kataloqda səmərəli axtarış aparılması və s. barədə də informasiya verilib. Mərkəzin digər universitet kitabxanaları ilə əməkdaşlığı, elektron və ənənəvi kitab və resurs mübadiləsi, eləcə də digər universitet kitabxanalarından fərqi, istifadəçilərə təqdim edilən xidmətlərin səmərəliliyi və üstünlükləri qeyd edilib.

Tədbirdə UNEC-in 3 saylı kitabxanasının mudiri Nərminə Abdullayeva da çıxış edib. O, 3 saylı kitabxananın fəaliyyəti haqqında məlumat verib və kitabxananın fondunda Azərbaycan, rus, türk və ingilis dilində olan 4600 nüsxə kitab, elmi jurnal və qəzetlər barədə məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay