Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində “Elmmetriya nəyi öyrədir?” mövzusunda təlimi keçirilib.
Təlimdə “Elmin populyarlaşmasında metrik göstəricilərin rolu” mövzusunda təqdimat ilə EFTİE departamentinin Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə çıxış edib. Məruzəçi metrik elm sahələri, müəllif və akademik profillərin üstünlükləri, tədqiqatçıların metrik göstəriciləri, müəllifin istinad göstəricilərinin artırılması üsulları, istinad formatları, prestijli elmi jurnalların axtarış üsulları, jurnal seçərkən diqqət edilməli əsas məqamlar və jurnalların kvartilləri haqqında geniş məlumat verib. Həmçinin Scopus və Web of Science bazasında elmi əsəri indekslənən müəlliflərin reytinqli tədqiqatçıya çevrilməsi üçün yaradılmış yol xəritəsinin mərhələləri və məqsədi izah olunub.