A

UNEC-in Mühəndislik fakültəsində professor-müəllim və tələbə heyətinin iştirakı ilə “Qlobal iqlim dəyişikliyi fonunda su ehtiyatlarının və bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda seminar keçirilbi.

Fakültənin dekanı dosent Elçin Səmədov seminarı giriş sözü ilə açaraq, tədbirin Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nı çərçivəsində təşkil olunduğunu iştirakçıların diqqətinə çatdırıb. O, bərk məişət tullantılarının idarə edilməsinin günümüzün aktual məsələlərindən olduğunu, bu sahədə elmi əsaslandırılmış yanaşmaların tələb edildiyini bildirib.

"İqlim dəyişikliyinin su ehtiyatlarına təsirləri" mövzusunda təqdimatla çıxış edən Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Lalə Quliyeva iqlim dəyişmələrinə həssas olan sahələr, mübarizə tədbirləri, bu amilin Azərbaycanın su ehtiyatlarına təsiri və s. haqqında ətraflı  məlumat verib.

Kafedranın dosenti Kəmalə Dadaşova isə “Respublika ərazisində bərk məişət tullantılarının idarə edilməsi və ekoloji problemlərin aradan qaldırılması sahəsində görülən institusional tədbirlər" mövzusunda çıxış edib. Dos. K. Dadaşova seminar iştirakçılarına məişət tullantılarının müasir təsnifatı, bərk məişət tullantılarının dövlət səviyyəsində idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahənin perspektiv məsələləri və s.  haqqında danışıb.

Tədbir Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev, kafedranın “Sənaye mühəndisliyi” ixtisasının rəhbəri professor Zabit Aslanov, professor Məhəmmədəli Nuriyev, dosent Nazilə Alverdiyevanın müasir dövrdə su ehtiyatlarının və bərk məişət tullantılarının idarə edilməsinə həsr olunan çıxışları ilə davam edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay