A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “UNEC Future Club” Tələbə Təşkilatının və “Edu Building’in birgə təşkilatçılığı ilə “Metaverse” adlı seminar keçirilib.

Seminarda “Metalife MMC” direktoru Nazir Nadirov, kurs meneceri Qabil Qədimalıyev, Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin və Dizayn məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında “UNEC Future Club” Tələbə Təşkilatının Rəqəmsal İqtisadiyyat fakültəsinin sədri Sahilə Sarıyeva çıxış edərək tədbir barədə məlumat verib. Sonra “Metalife MMC” direktoru Nazir Nadirov rəhbəri olduğu şirkətin fəaliyyət istiqaməti barədə danışıb və “metaverse”in insan həyatına təsirinə aid videomaterial nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay