A

UNEC-in Nəzəri və praktiki iqtisadiyyat kafedrasının Tələbə Elmi Dərnəyinin rəhbəri dos. Pənahova Günayın təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib.

“Qarabağda yeni iqtisadiyyat quruculuğu” mövzusunda olan tədbirdə çıxış edən Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri prof. Ümidvar Əliyev və Magistratura Mərkəzinin direktoru prof. Qabil Manafov tələbələrin elmi bilik və bacarıqlarının artırılmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra tələbələr “Qarabağda yeni iqtisadiyyat quruculuğu”, “İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması”, “Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialı və inkişaf perspektivləri ”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf perspektivləri ” və s. mövzular üzrə çıxış ediblər.

Tədbirin sonunda məruzələrlə çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay