A

Rus İqtisad Məktəbinin tələbələri və “İqtisadiyyat” kafedrasının professor-müəllim heyətinin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib. 

Konfransı giriş sözü ilə açan “İqtisadiyyat” kafedrasının müdiri, dosent Sevinc Abbasova Müstəqillik Gününü qalib xalq kimi qeyd etməyimizi vurğulayaraq, bu gün yeni imkanlar sayəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsini, Prezident İlham Əliyevin müdrik və balanslaşdırılmış siyasəti sayəsində müasir Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi üçün bütün sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsini söyləyib.

Kafedranın dosenti Rauf Quşxani müstəqilliyin əldə olunmasında, demokratik Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin siyasətinin müstəsna rolunu vurğulayıb.

Konfransın plenar iclasında kafedranın dosenti Elmira Qocayeva “Azərbaycan Respublikasının müstəqilliyi və onun dünyada layiqli yeri” adlı, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Nigar Axundova “Azərbaycan Demokratik Respublikasının Azərbaycan xalqının tarixində rolu” adlı və Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut “Qarabaq zəfərinin bölgə və dünya ölkələri acısından ekonomi politiği”adlı məruzələri ilə çıxış edibər.

Konfransda Azərbaycanda müstəqillik dövründə həyata keçirilən islahatların strateji istiqamətlərindən, qeyri neft sektorunun inkişafı və Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafından söz açıb. Sonra konfransın plenar iclasında tələbələrdən Aişə Allahverdiyeva “Приоритеты развития ненефтяного сектора Азербайджана в контексте обеспечения продовольственной безопасности” adlı məruzəsi ilə, Rövşən Əhmədov “Экономические аспекты развития возобновляемых источников энергии в Азербайджане” adlı məruzəsi ilə, Cəmilə Məmmədova “Современное состояние и приоритетные направления развития туризма в Азербайджане” adlı məruzəsi ilə çıxış ediblər.

Tədbiri aşağıda qeyd olunan keçidə daxil olmaqla izləmək olar:

https://fb.watch/dfaeHLwUHj/

Daha sonra konfrans seksiyalar üzrə davam edib.

https://fb.watch/dfah8kE3Xk/ Moderator -dosent Nigar Tagiyeva

https://fb.watch/dfaiMTHSOy/ Moderator – dosent Mehriban Əliyeva

https://fb.watch/dfajVxtYPm/ Moderator – dosent Nailə Axundova

https://fb.watch/dfalM1fVpc/ Moderator- dosent Aybəniz Qubadova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay