UNEC-də “Böyük dataların biznes tətbiqləri və startaplar” mövzusunda hibrid formatda treninq keçirilib.
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun keçirdiyi tədbirdə İAETI-nin, tədqiqat mərkəzlərinin əməkdaşları iştirak ediblər.
İAETİ-nin Qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri, i.e.n. dosent Murad Bağırzadənin moderatorluğu ilə keçirilən treninqdə boyük dataların elmi-texnoloji xüsusiyyətləri və iqtisadi dəyəri barədə ətraflı məlumat verilib. Azərbaycan üçün perspektiv startap imkanı daşıyan 50-dək biznes-ideyalardan söz açan məruzəçi, iştirakçıları fərdi biznes-plan nümunələrinin tərtib olunmasına dəvət edib.
Treninqin sonunda müzakirələr aparılıb.